“Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçirilib - FOTOLAR

2022/08/62f35-1660116189.jpg
Oxunub: 643     11:24     10 Avqust 2022    
“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

MN-dən Ordu.az-a verilən məlumata görə, ölkəmizi müsabiqədə təmsil edəcək artilleriyaçılarımız silah və döyüş texnikası qəbul ediblər, müsabiqəsinin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi avqustun 24-dək davam edəcək.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   Artilleriya  


Bizi "telegram"da izləyin