Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb

2022/08/1660112111.jpg
Oxunub: 440     09:55     10 Avqust 2022    
Ukraynanın Dnepropetrovsk və Zaporojye vilayətlərinə raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Valentin Rezniçenkonun sözlərinə görə, Rusiya vilayətin Nikopol və Marqans rayonlarında yaşayış binalarına 80 reaktiv mərmi atıb: “Nəticədə 11 dinc sakin ölüb, 13 nəfər isə yaralanıb. Düşmən bu rayonu iki dəfə “Qrad”dan atəşə tutub”.

O qeyd edib ki, Marqansda 20-dən çox çoxmərtəbəli yaşayış binasına, mədəniyyət sarayına, yataqxanalara, iki məktəbə, şəhər soveti binasına və daha bir neçə inzibati tikiliyə ziyan dəyib. Administrasiya başçısı vurğulayıb ki, Bışetarasovkanın Mirovsk kəndində 11 həyət evi və təbii qaz kəmərinə ziyan dəyib.

Zaporojye şəhər sovetinin katibi Andrey Kurtev isə bildirib ki, Rusiyanın vilayətin Kuşuqum rayonuna raket hücumu nəticəsində 1 qadın ölüb, 3 yaşayış evi dağılıb, təxminən 30 evə isə ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin