ABŞ Braziliyaya 74 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raketlərin mümkün satışını təsdiqləyib

2022/08/1660040127.jpg
Oxunub: 389     05:15     10 Avqust 2022    
ABŞ Dövlət Departamenti Braziliyaya 74 milyon dollar dəyərində "Javelin" tank əleyhinə raketlərin və müvafiq avadanlığın mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Mesajda qeyd edildiyi kimi, ümumilikdə, Braziliya hakimiyyəti 222-yə qədər "Javelin" raketi və 33 komanda və buraxılış qurğusu tələb edib.

“Təklif olunan saziş regionda mühüm tərəfdaşın təhlükəsizliyini artıracaq”, - bəyanatda deyilir. ABŞ administrasiyası artıq öz qərarı ilə bağlı Konqresə rəsmi məlumat verib.

İndi qanunverici orqanın bu hərbi müqaviləni yoxlamaq və bəlkə də onu bloklamaq üçün 30 günü var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Braziliya  


Bizi "telegram"da izləyin