ABŞ Yeni Zelandiyanın AUKUS-a üzv ola biləcəyini açıqlayıb

2021/09/76148-1631800237.jpg
Oxunub: 475     09:12     10 Avqust 2022    
Yeni Zelandiya Vaşinqtonun strateji əhəmiyyətli tərəfdaşıdır.

Ordu.az xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibinin müavini Uendi Şerman “Radio New Zealand” radiostansiyasında çıxış edib.

Onun sözlərinə görə, bu ölkə Avstraliya, Böyük Britaniya və ABŞ-ın (AUKUS) hərbi ittifaqına daxil ola bilər.

“Biz qabaqcadan başqa ölkələrin bu ittifaq qoşula biləcəyini söyləmişdik. Artıq bu vaxt gəlib və biz Yeni Zelandiyanı burda görmək istəyirik”,- deyə Şerman bildirib.

Dövlət katibinin müavini həmçinin vurğulayıb ki, Yeni Zelandiya ilə münasibətlər ABŞ üçün çox dəyərlidir və bu ölkə Vaşinqtonun Sakit okean regionunda ən mühüm tərəfdaşı olaraq qalır.

Daha əvvəl Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ölkəsinin hərbi ittifaqlar siyahısını genişləndirmək niyyətində olmadığını və yeni müdafiə tərəfdaşlığı və ittifaqlara girməyəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelandiya  


Bizi "telegram"da izləyin