Səfir Ukraynada "Bayraktar" zavodunun işə düşəcəyi tarixi açıqlayıb

2021/12/20210-1640427464.jpg
Oxunub: 612     18:14     09 Avqust 2022    
“Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada işə salına bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.

“Tikinti bir neçə ay çəkə bilər. Zavodun işə salınması isə 2023-cü ildə baş verə bilər", - o bildirib.

Səfir söyləyib ki, yaxın aylarda bu məsələdə müəyyən irəliləyişlər əldə oluna bilər.

Xatırladaq ki, daha əvvəl Bodnar hökumətin Ukraynada "Bayraktar" zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqlədiyini və onu ratifikasiya üçün parlamentə göndərdiyini bildirmişdi. O həmçinin qeyd edib ki, “Baykar Makina” artıq Ukraynada torpaq sahəsi alıb, zavod layihəsini hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Ukrayna  


Bizi "telegram"da izləyin