Novofyodorovka yaşayış məntəqəsi ərazisindəki Saki aerodromunda saxlanma anbarında bir neçə aviasiya sursatının detonasiyası baş verib. Partlayış nəticəsində heç kəs xəsarət almayıb.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik partlayışlar zamanı aviasiya texnikasına zərər dəymədiyini, hazırda yanğının söndürülməsinə cəhd edildiyini bildirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Krım