Mehri-Əkərək rus sərhədçilərinin yeni istinadgahı kimi – Artıq hər kəs öz hesabını aparır

2022/08/1659959066.jpg
Oxunub: 1479     20:01     09 Avqust 2022    
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub, onlar Qarabağda baş verənləri, eləcə də Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfinin mesajında Azərbaycan, Ermənistan və Rusiya arasında bütün üçtərəfli sazişlərin yerinə yetirildiyi vurğulanıb. Kreml xüsusi olaraq vurğulayır ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Ermənistan hökuməti daha sonra eyni məzmunlu açıqlama yayıb. Tərəflər başqa təfərrüatları açıqlamayıblar.

Bu, Qarabağda vəziyyətin son gərginləşməsindən sonra Paşinyanla Putin arasında ikinci telefon danışığıdır. Əvvəlki teledon danışığı avqustun 2-də keçirilib.

Hər eskalasiyadan sonra Nikol Paşinyan və ya Ararat Mirzoyan əslində telefonu götürüb Rusiyadakı həmkarlarına zəng edirlər. Qlobal miqyasda problemlər həll olunmur, getdikcə mürəkkəbləşir və ruslar artıq Ermənistanda öz problemlərini həll edirlər.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Mühafizə İdarəsi Mehri-Əkərək magistral yolu boyunca, İranla sərhəddə nəzarətin gücləndirilməsinin səbəblərini açıqlayıb. Əslində, son aylarda Zəngəzur vilayətinin Əkərək şəhərində rus sərhədçiləri nəzarət-buraxılış məntəqəsi qurub, Əkərəkdən Mehriyə gedənləri mütəmadi olaraq yoxlayırlar.

Bu, Ermənistanın suverenliyinə təhdid deyilsə, nədir? Ermənistan hökumətinin nümayəndələri davamlı olaraq iddia edilər ki, Ermənistan Respublikasının suverenliyindən heç bir güzəşt ola bilməz.

Və bütün bu hay-küy Soçidə 4 saatlıq Putin-Ərdoğan danışıqlarından sonra qaldırılır.

Mehri-Əkərək avtomobil yolunun İranla sərhəd hissəsinin niyə sərtləşdirilməsinə dair rəsmi əsaslandırmada İran günahkar olaraq göstərilir.

“Son vaxtlar Ermənistan-İran dövlət sərhədində narkotik vasitələrin və spirtli içkilərin İrandan Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilməsi, psixoaktiv maddələrin (həşiş, metamfetamin, heroin) keçirilməsi cəhdlərinin artması nəticəsində gərgin əməliyyat şəraiti yaradılıb. Bundan başqa, ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən Ermənistanın dövlət sərhədinin pozulması halları da var”, - deyə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Mühafizə İdarəsinin yaydığı press-relizdə bildirilir.

Moskva ilə Ankara razılığa gəlib, Ermənistana təzyiqlər var, Paşinyan isə telefonu götürüb Putinə zəng edir.

Türkiyə isə xəbərdarlıqları davam etdirir.

Türkiyədə 13-cü Səfirlər Forumu öz işinə başlayıb və bu forumda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan proseslərindən danışıb.

O, Türkiyənin 44 günlük müharibə zamanı Azərbaycan ordusuna işğal olunmuş torpaqları azad edən zamanı dəstək verdiyini bir daha xatırladıb. “Beləliklə, bu gün biz işğal altında olan torpaqlardan, məcburi köçkünlərdən və hər an mümkün münaqişədən deyil, regional sülh və əməkdaşlıqdan danışırıq. Ona görə də biz Ermənistana bir daha xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.

Azərbaycan ordusu ötən həftə həyata keçirilən “Qisas” əməliyyatı zamanı Qırxqız, Buzdux, Sarıbaba kimi yüksəkliklərə nəzarəti bərpa edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin