“Vedomosti”: Müharibə baş versə, Ermənistanın və Qarabağ ermənilərinin heç bir şansı olmayacaq

2022/08/1660052954.jpg
Oxunub: 3348     21:27     10 Avqust 2022    
Qarabağda növbəti eskalasiya dünyanı yeni müharibənin mümkünlüyündən danışmağa məcbur edib.

Ordu.az xəbər verir ki, bu barədə “Vedemosti” nəşri yazıb.

Həqiqətən də hərbi əməliyyatlar baş verdi. Azərbaycan ordusu PUA-larla bir neçə zərbə endirib, bundan sonra döyüş bölgəsindəki yüksəklikləri nəzarətə götürüb. Qondarma qurumun “rəhbəri” qismən səfərbərlik elan edib.

“Toqquşmalar Laçın dəhlizi yaxınlığında baş verir. Bu dəhliz Qarabağı Ermənistanla birləşdirən dar zolaqdır. Bu yolda Qarabağ üçün tədarüklər aparılır.

Azərbaycan hərbçiləri üçün əsas məqsəd budur, çünki bu dəhliz olmadan Qarabağ (qondarma qurum – red) tam mühasirədə qalacaq. 2020-ci ilin qırx dörd günlük müharibəsindən sonra 1992-ci ildə Ermənistan tərəfinin ələ keçirdiyi Laçın şəhəri və dəhlizi istisna olmaqla, Azərbaycana qaytarıldı. Razılaşmaya əsasən, Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Bakı Laçının və yolun Azərbaycana təhvil verilməsini tələb edir, əvəzində artıq Azərbaycan qüvvələrinin nəzarətində olan ərazilərdən keçəcək başqa yolun veriləcəyini vəd edir. Qarabağ üçün həyati əhəmiyyət kəsb edən digər kommunikasiyalar, qaz kəməri, elektrik xətti Laçın dəhlizindən keçir. Ermənilər yolun təhvil verilməsinə razılıq verməsələr də, Bakı tələbini geri çəkmədi.

Azərbaycanın Qarabağ məsələsi ilə bağlı mövqeyi əvvəldən dəyişməz qalıb. Bakı Qarabağda heç bir muxtariyyətlə razılaşmır və bu ərazi üzərində mütləq suverenliyə malikdir. Bakı ermənilərin taleyinin müzakirəsini kəskin şəkildə rədd edir. Qarabağ münaqişəsi dövlətlərarası münaqişə deyil, milli ideologiyaların mübarizəsidir, onların arasında kompromis tapmaq mümkün deyil. Erməni ideologiyası Qarabağın Ermənistanın tarixi hissəsi olmasına əsaslanır.

Azərbaycanın dövlət ideologiyası ondan ibarətdir ki, Qarabağ erməniləri yerli azərbaycanlı əhalini oradan qovub, özləri mühacirdir.

Sadə səbəbdən Qarabağda yeni müharibə olmayacaq, çünki olarsa, Ermənistanın və Qarabağ ermənilərinin heç bir şansı olmayacaq. Neft və qazla zəngin olan, qüdrətli Türkiyə tərəfindən dəstəklənən Azərbaycan o qədər güclüdür ki, hər ikisini asanlıqla məğlub edə bilər. 44 günlük müharibədə uzunmüddətli istehkamlara əsaslanan, xeyli hərbi texnika və sursat ehtiyatına malik erməni qüvvələri Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilmədi. İndi nə o silahlar, nə də istehkamlar var. İndi Qarabağdakı ermənilər müdafiə oluna bilməyən kiçik bir torpaq parçasına sahibdirlər. Su ehtiyatlarının böyük hissəsindən, 36 SES-dən 29-u itirilib, əkin sahələrinin dördə üçündən çoxu Azərbaycanın nəzarətinə keçib. Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi dayandırıblar.

44 günlük müharibədən əvvəl Qarabağda ordu saxlayan Ermənistan Azərbaycanın təzyiqi ilə öz hərbi hissələrini çıxarır. Qarabağa silah göndərmək mümkün deyil, çünki sərhəd nəzarəti azərbaycanlıların əlindədir. Ermənistandakı ordu da o qədər də yaxşı vəziyyətdə deyil”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin