“CivilNet”: Ermənistan hakimiyyəti Laçını vaxtından əvvəl təslim etməyə razılaşıb

2022/08/1660052861.jpg
Oxunub: 1842     10:55     10 Avqust 2022    
Danışıqlar zamanı Ermənistan hakimiyyəti Azərbaycanın Laçından yan keçən yeni marşrut və Laçın şəhərinin, Zabux və Sus kəndlərinin vaxtından əvvəl təslim edilməsi ilə bağlı tələbləri ilə razılaşıb.

Ordu.az xəbər verir ki, bu barədə “CivilNet” portalı yazır.

10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Avqustun 4-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, hazırda Rusiya, Ermənistan və Azərbaycan tərəfindən təsdiq edilmiş yol tikintisi planı yoxdur və Ermənistan tərəfi heç bir yeni yol planı ilə razılaşmayıb.

Bu bəyanatlara baxmayaraq, Ermənistan Tex kəndindən Kornidzor yolunun yenidən qurulmasına başlayıb və bu yolun Laçın dəhlizinin yeni marşrutu ilə birləşdiriləcəyi ehtimal edilir.

“Bir sıra suallar yaranır. Laçının vaxtından əvvəl təslim olması ilə bağlı razılaşma varmı? Yoxdursa, o zaman Azərbaycan təkcə nəzarətində olan hissədə deyil, həm də Ermənistan ərazisində, Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndləri ərazisində yolu hansı müqavilələr əsasında çəkib? Azərbaycan niyə yol çəkiləndən dərhal sonra Laçını tələb edib? Ermənistan tərəfi niyə Azərbaycanın tələbi ilə dərhal razılaşıb? Ermənistan hakimiyyəti niyə Azərbaycanın tələbini yerinə yetirir?

Bu müddət ərzində Ermənistan yolun öz hissəsini tikmək üçün heç nə etməyib. Bu, Qarabağ erməniləri arasında qeyri-müəyyənliyi daha da gücləndirir. Ən əsası isə Nikol Paşinyan hökuməti bədnam vədi yerinə yetirmək üçün əməli addımlar atmadan (istər şifahi, istərsə də yazılı) sərhəddə yeni eskalasiyaya səbəb olub”, – deyə portal yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Ermənistan  


Bizi "telegram"da izləyin