Ordu.az xəbər verir ki, bunu Meğri icmasının rəhbəri Baqrat Zakaryan deyib.
O, bu bazaların quraşdırılmasının səbəblərini açıqlamayıb.
“Mehri icmasının rəhbəri kimi aidiyyatı idarələrlə əlaqə saxlamağınızı xahiş edəcəm, deyə bilərəm ki, bu modul bazalar 8-9 aydır quraşdırılıb. Rusiya sərhədçilərinin xidməti Ermənistan və Rusiyanın birgə imzaladığı sənədlər əsasında həyata keçirilir. Həmin sərhəd zonasında sərhəd-keçid məntəqələri var, ona görə də Rusiya sərhədçi qoşunlarının əhəmiyyəti var”, - deyə icma rəhbəri bildirib.
Zakaryanın sözlərinə görə, Rusiya sərhədçiləri hər dəfə vətəndaşları yoxlamırlar, lakin vətəndaşların gediş-gəlişinin bir saatdan artıq dayandırılması halları var ki, bu da sakinlərin qəzəbinə səbəb olur.
Alpər Mövludoğlu
Ordu.az