XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib

2022/08/1659675868.jpg
Oxunub: 575     17:30     09 Avqust 2022    
“Avqust ayının 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma təərfindən hücum olub. Onlar səfirlik ərazisinə daxil olarkən vandallıq aktları törədib, dövlət rəmzləri dağıdılıb, orada olan əşyalara xələl gətirilib. Dövlət olaraq biz bunu tamamilə qınayırıq. Biz bunu tamamilə rədd edirik. Bu tamamilə qəbuledilməzdir".

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Başda qardaş Türkiyə olmaqla bir çox dövlətlər artıq buna öz etirazlarını bildiriblər. Bütün bu dönəmdə səssiz qalmayan bütün bizim dost dövlətlərə təşəkkürümü bildirmək istərdim”, - nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Britaniya  


Bizi "telegram"da izləyin