Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"

2022/06/d1df5-1656317232.jpg
Oxunub: 535     17:08     09 Avqust 2022    
“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngitməsinin şahid oluruq”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-inə müsahibəsində deyib.

“Müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan normallaşma prosesinə xələl gətirmək düzgün yanaşma deyil. Bu, heç kimin, xüsusilə Ermənsitanın marağında deyil. Ermənistanın, nəhayət, bunu anlayacağına ümid edirik. Bu məsələlər zaman-zaman müzakirə olunur. Elə məqamlar var ki, onlar ictimailəşdirilmir. Amma Azərbaycanın mövqeyi Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan razılaşmaların tam icrasından ibarətdir. Biz həm də işğala son qoyulduqdan sonra sülh müqaviləsinə başlamağı təklif etmişdik. Bunu açıq şəkildə bəyan etməklə öz mövqeyimizi ortaya qoymuşduq. Azərbaycanın çağırışı bir il müdətində cavabsız qaldı. 2022-ci ilin əvvəlindən Azərbaycan gələcək sülh sazişi ilə təməl prinsiplərini ortaya qoydu. Sonra isə bunları Ermənistana təklif etdik. Həmin sənəddə göstərilən bütün maddələr beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə uyğundur”, - o bildirib.

C. Bayramov deyib ki, İrəvan bu təklifləri ritorik olaraq qəbul etdiyini bildirib: “Lakin praktik olaraq ləngimələr, sülh müqaviləsi üzrə işçi qrupun yaradılmasından yayınmalar var. Biz bütün öhdəliklərimizə hörmətlə yanaşırıq, qarşı tərəfdən də bunu gözləyirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin