“Joğovurd”: Paşinyanın Rusiya-Ermənistan münasibətləri barədə dediyi yalanlar

2022/04/123df-1650535328.jpg
Oxunub: 429     16:31     09 Avqust 2022    
Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan 2016-cı ildə iddia edib ki, Aprel döyüşləri Azərbaycan və Rusiya arasında razılaşdırılıb. O, bu barədə 2016-cı il iyulun 1-də bildirib ki, həmin döyüşlərin məqsədi Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etmək idi.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr bildirir ki, müxalifət dövründə Paşinyan həmişə anti-Rusiya əhval-ruhiyyəsi ilə seçilirdi, lakin 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra birdən-birə özünü açıq şəkildə rusiyapərəst, russevər və rus subyektinə çevirib.

“Beləliklə, 2018-ci il iyunun 28-də o, artıq baş nazir olarkən fəxrlə bəyan etdi ki, “Ermənistan-Rusiya münasibətləri çox fəal şəkildə inkişaf edir və genişlənir”.

O, 2018-ci il sentyabrın 8-də Moskvaya səfəri zamanı Ermənistan-Rusiya münasibətlərinin inkişafından da danışıb və deyib: “Moskvada özümü belə bir atmosferdə tapdığım üçün çox şadam. Təkcə dövlətlər arasında deyil, həm də şəxsi təmasda olmaq xoşdur (o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə şəxsi əlaqələri nəzərdə tuturdu – red.). Bəli, bizim əla münasibətlərimiz var və onlar getdikcə yaxşılaşacaq”.

Məlum olur ki, Nikol Paşinyanın Ermənistan-Rusiya münasibətləri, eləcə də aprel döyüşləri ilə bağlı açıqlamaları (bu günə kimi onların heç biri sübuta yetirilməyib) yalan və uydurmadır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin