Türkiyənin “Çakır” qanadlı raketinin KTJ-1750 mühərriki uğurla sınaqdan keçirilib

2022/08/Cuney-1660040294.jpg
Oxunub: 746     15:45     10 Avqust 2022    
Türkiyənin “Kale Arge” şirkəti tərəfindən çox qısa müddətdə “Çakır” qanadlı raketi üçün hazırlanmış KTJ-1750 turboreaktiv mühərriki uğurla sınaqdan keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri məlumat yayıb.

Raketlər martın 31-də təqdim edilib. Raketin ilk sınağı bu ilin sonunadək keçiriləcək.

Bir çox xüsusiyyətlərinə görə dünyada az rəqibi olan KTJ-1750 mühərrikinin sınaq fəaliyyətlərinin bu il ərzində tamamlanması gözlənilir. Sınaq fəaliyyətləri tamamlandıqdan sonra “Akıncı” PUA-larından KTJ-1750 mühərriki ilə təchiz edilmiş “Çakır” raketinin ilk atəşi planlaşdırılır.

“Çakır” raketi ROKETSAN tərəfindən modul yanaşma ilə hazırlanır. Buna görə raketlər quruda, havada və dənizdə istifadə oluna bilər.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çakır  


Bizi "telegram"da izləyin