Türkiyənin “Siper” HHM layihəsində ilk sistemlərin 2022-ci ildə inventara daxil edilməsi planlaşdırılır

2022/08/1660040172.jpg
Oxunub: 515     10:11     10 Avqust 2022    
Türkiyənin “Siper” Hava Hücumundan Müdafiə (HHM) sistemi layihəsi çərçivəsində istehsal ediləcək ilk sistemin 2022-ci ildə inventara daxil edilməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən dərc edilən 2022-ci il İnstitusional Maliyyə Vəziyyəti və Gözləntilər Hesabatında qeyd olunub.

Türkiyənin eşalonlu HHM sistemi çərçivəsində uzun mənzilli/yüksək hündürlükdə fəaliyyət göstərəcək “Siper” HHM sisteminin komponentlərinin inkişaf etdirilməsi və sınaqları davam edir. Bu çərçivədə sistemin “Blok 0” adlı konfiqurasiyasının ilk sınaq atışı 2021-ci ilin noyabr ayında həyata keçirilib.

70+ km məsafədə və 20 km hündürlükdə “Blok 0” mövcud texnologiyalarla yaradılmış birinci mərhələ həlli hesab edilə bilər. “Blok 0”ın sınaq fəaliyyətləri hazırda davam edir və bu raketin xidmətə girən ilk sistemdə istifadə olunacağı ehtimalı yüksəkdir.

“Siper” strateji obyektlərin düşmən hücumlarına qarşı uzun mənzilli hava hücumundan müdafiəsini təmin etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Siper  


Bizi "telegram"da izləyin