Pensiya üçün təminat xərcliyi olmayan hərbçilərin vəzifələrinin uyğunlaşdırılması qaydası dəyişib

2022/02/f863e-1645265774.jpg
Oxunub: 1903     21:56     08 Avqust 2022    
“Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına dəyişiklik edilib.

Ordu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, siyahıda Azərbaycan Respublikasının Hərbi Komissarlıqları (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt mövcud olmayan hərbi xidmət vəzifəsi) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Mövcud hərbi xidmət vəzifəsi) yeni redaksiyada verilib.

Yeni siyahı aşağıdakı kimidir:



Qeyd edək ki, indiyə qədər siyahı aşağıdakı kimi olub:




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Pensiya  


Bizi "telegram"da izləyin