Mariupolda ukraynalı əsirlərlə bağlı “tribunal” hazırlanır

2022/06/1656516972.jpg
Oxunub: 674     20:34     08 Avqust 2022    
Qondarma Donetsk Mariupolda ukraynalı hərbi əsirlər üzərində “tribunal” keçirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə qondarma rejimin başçısı Denis Puşılin "Rossiya 1" telekanalının efirində danışıb.

“Əminliklə təsdiq edə bilərəm ki, tribunala hazırlıq tam bizim bu barədə dediyimiz kimi aparılır. Məhz planlaşdırdığımız şəkildə. Yəni tribunal qaçılmazdır və ilk tribunallardan biri Mariupolda olacaq”, - D.Puşılin bildirib.

Qeyd edək ki, daha öncə Mariupol Şəhər Şurası həbsxana kameralarının yerli filarmoniyanın səhnəsində yerləşdirildiyini bildirmişdi. “Tribunal”ın da orada baş tutacağı güman edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mariupol   Tribunal  


Bizi "telegram"da izləyin