“Hraparak”: Qriqoyan Nikolla əvvəlcədən razılaşdırılmayan bir söz demir

2022/08/1659960780.jpg
Oxunub: 672     16:20     08 Avqust 2022    
ABŞ-ın ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın özünə Azərbaycanla ümumi dil tapmaq, danışıqlar aparmaq istədiyinə əmin olduğunu bildirib. Lakin Ermənistanın siyasi müxalifəti ona problemlər yaradır. Paşinyan sülh müqaviləsi baxımından sözünü verib və bu gün bütün dünya onun necə zəif olduğunu görür. Brayzanın fikrincə, hətta Nikolun komandasının üzvü Armen Qriqoryan da problem yaradır. Armen Qriqoryan iddia edib ki, azərbaycanlıların Laçın dəhlizi əvəzinə başqa marşrutla hərəkətin təşkili tələbi qanuni deyil. Bu, Azərbaycanın yüksək vəzifəli məmurlarını bezdirir, çünki ölkə başçısı çıxış edirsə, onlar yerinə yetirməlidir. Əgər Paşinyan vədini yerinə yetirə bilmirsə, bu, böyük problemdir.

“Hraparak” nəşri yazıb ki, Nikol həqiqətən zəifdir.

“Amma ona görə yox ki, komanda üzvləri onun arxasından zərbə endirirlər, o, ölkənin idarəçiliyini məhv etmiş liderdir. Və belə bir lider hətta nəzəri cəhətdən güclü ola bilməz.

Ancaq Nikol zəif deyil, zəif patron rolunu oynayır. Müxalifət həqiqətən də Nikolun Qarabağı tam təslim etməsinə mane olmağa çalışır. Ancaq bu, Nikolun bir müddət gözləməsinə və sonra bu və ya digər məqamı planlaşdırmasına mane olmur. Onun komandasının üzvü Armen Qriqoyan və ya digərləri Nikolla əvvəlcədən razılaşdırılmayan bir söz demir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin