Zabuxun qanunsuz kənd başçısı: “Kənddə elə adamlar var ki, evini yandırmaq istəyir”

2022/08/1659959165.jpg
Oxunub: 1151     21:48     08 Avqust 2022    
“Zabux kəndində yaşayan ermənilər hara köçəcəyi hələ bəlli olmasa da, əksəriyyət Ermənistanda yaşamaq istəyir”.

Ordu.az xəbər verir ki, bunu “qondarma qurumun” Zabux kəndindəki “nümayəndəsi” Andranik Çavuşyan deyib.

O bildirib ki, kəndlilər artıq əşyalarını yığırlar, lakin dəqiq hara getdiklərini bilmirlər.

“Onların əksəriyyəti Ermənistanda, digər hissəsi isə Xankəndində yaşamağa üstünlük verir. Onlar Ermənistanda yaşamaq istəyirlər, çünki insanlar müharibə istəmir, sülh şəraitində yaşamaq istəyirlər. Sakinlərin əhval-ruhiyyəsi pisdir, insanlar qəzəblidir, kəndli tərk etmək istəmirlər”, - deyə Çavuşyan qeyd edib.

Onun sözlərinə görə, kənddə elə adamlar var ki, evini yandırmaq istəyir, çünki bunlarla barışa bilmir.

Çavuşyan azərbaycanlılardan ərazini tərk etmək üçün məktub aldıqlarını, əks halda rəqibin sərt tədbirlər görəcəyini bildirib.

“Yol çəkdilər, amma bu orqanlar bizim ərazidə heç bir iş görməyib. Hakimiyyət gəlib dedi ki, biz zəifik, Azərbaycan ordusuna qarşı heç nə edə bilmərik. Nikol Paşinyandan soruşmaq lazımdır ki, niyə bu gün bizi köçürürlər”, - deyə o bildirib.

Qeyd edək ki, Zabuxdan ümumilikdə 204 nəfər təxliyyə olunacaq. Zabux və Laçında qanunsuz yaşayan ermənilərə avqustun 25-dək evlərini tərk etməli olduqları bildirilib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zabux  


Bizi "telegram"da izləyin