Tayvan ordusu sabahdan hərbi təlimlərə başlayır

2022/08/1659417547.jpg
Oxunub: 444     13:57     08 Avqust 2022    
Qismən tanınan Tayvanın Silahlı Qüvvələri avqustun 9 və 11-də Pindun bölgəsinin cənubunda artilleriyadan döyüş atış təlimi keçirəcək.

Ordu.az TMİ agentliyinə istinadən xəbər verir ki, bu, Çin Azadlıq Ordusunun Tayvan ətrafında keçirdiyi təlimlərə cavab olaraq həyata keçirilir.

Məlumata görə, Tayvan ordusu sentyabrın 5-də də Pindunda snayper, xüsusi təyinatlı, ümumqoşun tağım, minaatanlar və zirehli hərbi avtomobillərin iştirakı ilə hərbi manevrlər keçirməyi planlaşdırır.

Bildirilib ki, təlimə “AH-1W Super Cobra” və “AH-64 Apache” zərbə helikopterləri də cəlb ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Təlim  


Bizi "telegram"da izləyin