ABŞ institutu: Fevraldan bəri Rusiyanın ən azı altı komandanı işdən çıxarılıb

2022/05/gener-1652250817.jpg
Oxunub: 331     09:19     08 Avqust 2022    
“Rusiyanın hərbi rəhbərliyində ciddi dəyişikliklər edilir. Buna səbəb Rusiya ordusunun Ukraynadakı üzləşdiyi uğursuzluqlardır”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutundan bildirilib.

Qeyd olunub ki, Rusiya fevralın 24-də Ukraynaya müdaxilə edəndən bəri ən azı 6 rusiyalı komandan vəzifəsindən azad edilib: “Ukraynadakı ordusunun uğursuzluqları səbəbindən Rusiya hərbi rəhbərliyi böyük dəyişikliklərə məruz qalıb. Vəzifəsindən azad olunanlar arasında Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Çayko, həmçinin Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlev də var”.

Məlumata görə, aprel ayından Ukraynada Rusiya ordusuna komandanlıq edən general Aleksandr Dvornikov sıradan çıxarılıb: “Artıq ordu generalı Sergey Surovikin Ukraynada qoşunların “cənub qruplaşması”na rəhbərliyi öz üzərinə götürüb. Rusiya komandalıq strukturunda ahəngdarlığın olmaması və hərbi rəhbərlikdəki dəyişikliklər Ukraynadakı əməliyyatların ümumi effektivliyinə təsir edir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin