Türkiyənin cənub-şərqində terrorla mübarizənin növbəti mərhələsi başlayıb

2022/07/thumb-1659173710.jpg
Oxunub: 369     05:22     08 Avqust 2022    
Türkiyənin cənub-şərqindəki Mardin vilayətində Eren Abluka antiterror əməliyyatının 31-ci mərhələsi başlayıb.

Ordu.az xəbər verir ki, 44 əməliyyat qrupunun tərkibində 528 polis və jandarma xüsusi təyinatlıları qanlı təşkilat yaraqlılarının məhv edilməsi üçün Bağok bölgəsində axtarış aparır.

Əməliyyatın məqsədi PKK terror təşkilatı ilə mübarizə və ölkənin cənub-qərbində cinayətkarlığın tamamilə kökünü kəsməkdir.

Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu günə qədər minlərlə türk təhlükəsizlik qüvvələri, hərbçiləri və mülki vətəndaşları bu qanlı təşkilata görə həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin