Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası bazar ertəsi Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün toplanacaq.
Mənbələr qeyd edib ki, BƏƏ, Çin, Fransa, İrlandiya və Norveçin Şuranın iclasını çağırmaq üçün müraciət edib.
Qeyd edək ki, daha əvvəl Fransa, Çin Qəzzadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini istəyib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti avqustun 5-də cümə günü “Sübh” əməliyyatına başladığını və Qəzzada “İslami Cihad” radikal qruplaşmasının hədəflərinə hücum etdiyini bildirib.
Ordu.az