KİV: Qəzzada "İslami Cihad"a görə atəşkəs əldə olunmayıb

2022/08/1659897569.jpg
Oxunub: 441     22:38     07 Avqust 2022    
Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin bərqərar olması radikal “İslami Cihad”ın Misirdən bir sıra təminatlar tələb etməsi səbəbindən alınmır.

Ordu.az xəbər verir ki, bu barədə bazar günü axşam "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, “İslami Cihad” vasitəçi kimi çıxış edən Misirdən öz məhbuslarına zəmanət və İsrailin təcavüzünə son qoyulmasını tələb edir.

Həmçinin bildirilir ki, Misir vəziyyəti nəzarətdə saxlamaq və gərginliyin qarşısını almaq üçün döyüşən tərəflərlə əlaqə saxlamağa davam edir.

Daha əvvəl “Reuters” Fələstin rəsmisinə istinadən xəbər verib ki, Qəzza zolağında atəşkəs bazar günü yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin