Ukraynada 1600-dən çox diversant saxlanılıb

2022/04/16491-1649743417.jpg
Oxunub: 579     16:31     07 Avqust 2022    
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin məlumat verib.

“Ukrayna ərazisində 164 gün davam edən müharibə zamanı yüzə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb. Mən öz feysbuk səhifəmdə tez-tez təxribatçılar və onların şərikləri haqqında yazıram”- deyə, o bildirib.

Onun sözlərinə görə, təxribatçıların əlaltıları ruslarla 5-10 min qrivenə qarşılığında əməkdaşlıq etməyə razılaşırlar: “Mükafat üçün satqınlar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin yeri, nəzarət-buraxılış məntəqələri, həmçinin raketlərin gəldiyi yerlər haqqında məlumat verirlər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Diversiya  


Bizi "telegram"da izləyin