Erməni tarixçi: “Azərbaycan bildirir ki, xoşluqla verməsən, zorla alacağıq”

2022/08/1659780837.jpg
Oxunub: 1119     14:29     08 Avqust 2022    
“Ruslar həmişə apardıqları siyasəti aparır, problem bizdədir. Biz 200 ildir ruslarla yaşayırıq və onların nə istədiklərini başa düşmürük”.

Ordu.az xəbər verir ki, bunu erməni tarixçi Hrant Ter-Abrahamyan deyib.

O qeyd edib ki, rusun sülhməramlı və ya “sevgi keşişçisi” olmasından asılı olmayaraq, onlar Rusiyanın maraqlarını təmsil edir.

“Başa düşmək lazımdır ki, biz Qarabağı Azərbaycana və Rusiyaya verdik. Yaxşı olar ki, 10 noyabr bəyanatını diqqətlə oxuyaq, Azərbaycan nə istədiyini açıq-aydın deyir və bildirir ki, xoşluqla verməsən, zorla alacağıq”, - detə Ter-Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin