“Joğovurd” nəşri yazır ki, Paşinyan hökuməti nəinki Qarabağda, hətta Ermənistanda da “səmanın bağlanması” üçün təsirli addımlar belə atmayıb
“Hakimiyyət 2 aydan çox əvvəl kosmosa göndərilən erməni peyki ilə bağlı xəbəri “Amerikanın yenidən kəşf edilməsi” kimi təqdim edib. Hakim komanda kosmosdan göndərilən fotolarla Azərbaycanın strateji obyektlərinin yerini müəyyən edə biləcəyini ümid edirdi. Təxminən 2,5 ay keçsə də, həmin “unikal” peykdən heç bir fotoşəkil çəkilməyib, ən azı bu barədə məlumat verilməyib.
Müharibədən bir neçə ay sonra, 2021-ci ilin mayında Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr Daimi Komitəsinin sədri Taquhi Tovmasyan sərhədin lazımi səviyyədə təchiz olunmaması ilə bağlı xəbərdarlıq edib. Buna cavab olaraq Paşinyan “olduğu kimi təchiz edirik” deyə əsəbiləşib.
“Sizi əmin edirəm ki, nəinki azərbaycanlılar, heç siz də görülən hər şeyi görə bilməzsiniz, çünki onların əksəriyyəti gizli şəkildə aparılır”, - deyə o əlavə edib.
Paşinyanın açıqlamasından bir ildən çox vaxt keçsə də, sərhədin təchiz edilməsi və yenidən silahlanması haqqında sözləri növbəti yalan idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az