Erməni hüquq müdafiəçisi: “Ruslar Qarabağı qapalı zonaya çevirmək istəyirlər”

2022/08/1659780480.jpg
Oxunub: 546     11:15     08 Avqust 2022    
Ermənistandan olan jurnalistlər Qarabağa getmək istəyib, lakin Laçın rayonunda rus sülhməramlıları onlara irəli getməyə qadağa qoyublar.

Erməni ictimai xadim Aşot Melikyan mövzu ilə bağlı bildirib ki, burada ciddi problem var və tərəflər arasında razılıq əldə olunmalıdır.

“Biz bunu Rusiya tərəfinin özbaşına qərarı hesab edə bilərik, lakin digər tərəfdən, məsələ həll olunmazsa, onlar öz bildikləri kimi hərəkət edirlər. Bu məsələ də üçtərəfli saziş çərçivəsində həll olunmalıdır, ümumiyyətlə, üçtərəfli bəyannamənin açıq tərəfləri çoxdur və hesab edirəm ki, bu cür problemlər yaranmasın deyə burada əlavə danışıqlara ehtiyac var”, - Melikyan vurğulayıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, Rusiya sülhməramlılarının öz funksiyalarını müəyyən edən hər hansı hüquqi norması yoxdur.

“Heç kim sülhməramlıların davranış və hərəkətlərini müəyyən edən hüquqi normalardan xəbərdar deyil. Deməli, bu, Qarabağı tamamilə qapalı əraziyə çevirmək, dünya ilə əlaqəni məhdudlaşdırmaq məqsədi daşıyır. Biz görürük ki, təkcə jurnalistlərin deyil, müxtəlif siyasi xadimlərin də Qarabağa daxil olması qadağan edilib. Onların hansı prinsiplər və meyarlar əsasında icazə və ya rədd etdikləri bəlli deyil. Burada sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır, həmin üçtərəfli bəyannaməni imzalayanlardan biri Ermənistandır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin