Erməni ekspert: “Rusiya dəhlizi Türkiyə və Azərbaycanın ixtiyarına buraxacaq”

2022/08/ermed-1659780377.jpg
Oxunub: 667     11:58     08 Avqust 2022    
“Rusiya-Türkiyə görüşündə gözlənilən mühüm mövzularla bağlı rəsmi mesaj yoxdur, bu narahatlıq doğurur”.

Ordu.az xəbər verir ki, bunu regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib.

O bildirib ki, Soçidə Ermənistan-Azərbaycan münasibətləri mütləq müzakirə olunub, lakin rəsmi şəkildə açıqlanmır, bu, narahatedicidir.

Petrosyanın sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi Türkiyə üçün gündəm məsələsidir.

“Rusiyanın təsiri günü-gündən zəifləyir, Rusiyanın əvvəlki mövqeyindən dönmədiyinə inanmaq çətindir, 9 noyabr sənədi ilə Rusiyanın o dəhlizdə müəyyən rolu var. Əgər o dəhliz yaradılsa, Rusiya onu Türkiyə və Azərbaycanın ixtiyarına buraxacaq”, - deyə erməni ekspert bildirib.

Petsoyan qeyd edib ki, baş nazirin açıqlaması dəhliz məsələsinin gündəmdə olmasından xəbər verir: “Dəhliz məsələsi gündəmdədir. Ermənistan tərəfinə təzyiqlər var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin