ABŞ ordusuna XM204 avtomobil əleyhinə sursatlar tədarük ediləcək

2022/08/1659771078.jpg
Oxunub: 457     12:38     08 Avqust 2022    
Amerikanın “Textron Systems” müdafiə şirkəti ABŞ ordusu üçün avtomobil əleyhinə sursatlar istehsal edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 354 milyon dollardır.

XM204 düşmən qüvvələrin zirehli maşınlarının manevr etmək qabiliyyətini məhv edən və mürəkkəb ərazinin formalaşdırılması əməliyyatlarını dəstəkləmək üçün hazırlanmış portativ avtomobil əleyhinə sursatdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XM204   ABŞ  


Bizi "telegram"da izləyin