ABŞ şirkəti portativ antidron sistemini təqdim edib

2022/08/1659771018.jpg
Oxunub: 601     11:45     08 Avqust 2022    
ABŞ-ın “DeDrone” adlı şirkəti PUA-ların hərtərəfli aşkarlanması, izlənilməsi və identifikasiyası üçün yeni portativ antidron sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“DedronePortable” adlanan sistemdə mürəkkəb maşın öyrənmə texnologiyası və yüksək performanslı sensorlar var.

O, həmçinin düşmən PUA-ları tərəfindən istifadə edilən radiotezlik diapazonlarını pozmaq və düşmənlərə dezinformasiya çatdırmaq üçün “DroneDefender” ilə kombinə edilə bilər.

Şirkətdən verilən məlumata görə, portativ sistemi daşımaq asandır və onu ərazidə 20 dəqiqədən az vaxta qurmaq olar.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin