Türkiyə HDQ-yə “Aksungur” PUA-sı təhvil verilib

2022/04/AKSUN-1650450181.jpg
Oxunub: 4000     13:16     06 Avqust 2022    
TUSAŞ şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələrinə “Aksungur” zərbə tipli PUA təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

“Aksungur”un Türkiyə Hərbi Dəniz Qüvvələrinə ilk tədarükü 2020-ci ilin oktyabr ayında həyata keçirilib. Sonrakı aylarda 5 ədəd “Aksungur” təhvil verilib.

Təlimlərdə iştirak etməyə başlayan “Aksungur” “Mavi Vətən” 2022 təlimində MAM-L sursatları ilə üzən hədəfi vurub.

Fərqli faydalı yüklərlə imkanları genişləndirilən “Aksungur”a müxtəlif döyüş sursatları, sensorlar və rabitə vasitələri inteqrasiya edilir. MAM-L ilə yanaşı, TEBER-82, KGK-SİHA-82 kimi tuşlayacı dəstələrlə təchiz edilən ümumi təyinatlı bombalar PUA-lara inteqrasiya edilir.

2022-ci ildə “Aksungur”dan TÜBİTAK SAGE istehsalı “Kuzgun-SS” sursatının buraxılması planlaşdırılır.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aksungur   Türkiyə  


Bizi "telegram"da izləyin