"Hraparak": Azərbaycan tərəfi sentyabrın 1-dək vaxt verib

2022/04/1651218154.jpg
Oxunub: 9272     14:21     04 Avqust 2022    
"Rusiya sülhməramlıları ilə azərbaycanlılar arasında aparılan danışıqlar nəticəsində Azərbaycan tərəfi Ermənistan tərəfinə sentyabrın 1-dək vaxt verib"

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

Nəşrə görə, tələbə əsasən Laçının üç kəndinin erməni sakinləri (qanunsuz məskunlaşdıqları - red.) yaşayış məntəqələrini tərk etməli, Ermənistan tərəfi alternativ yol barədə addımlar atmalıdır.

"Əldə etdiyimiz məlumata görə, mühüm hərbi əhəmiyyət kəsb edən Sarıbaba yüksəkliyi də düşmənin nəzarətinə keçib", - deyə "Hraparak" əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Laçın  


Bizi "telegram"da izləyin