Türkiyə HHQ-yə 3 ədəd “Akıncı-B” zərbə PUA-sı təhvil verilib

2022/03/16470-1647061869.jpg
Oxunub: 5875     16:45     04 Avqust 2022    
Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) 3 ədəd “Akıncı-B” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Platformalar Çorlu Hava Limanı Komandanlığında qəbul edilib və Batmandakı 14-cü PUA Baza Komandanlığına təhvil verilib.

Milli Müdafiə Nazirliyinin yaydığı videoda 2 750 at gücündə mühərriklə təchiz edilən “Akıncı-B” model PUA-lar görünür. Ötən aylarda aktiv şəkildə istifadə edilən “Akıncı”lar “Pençe-Kilit” əməliyyatına qatılaraq özünü sahədə sübut edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Akıncı  


Bizi "telegram"da izləyin