ABŞ Avstraliyanın “Super Hornet”, “Growler” hərbi təyyarələrinə dəstək verəcək

2022/08/1659600292.jpg
Oxunub: 452     14:39     08 Avqust 2022    
Avstraliya Müdafiə Nazirliyi ölkənin F/A-18F “Super Hornet” və EA-18G “Growler” hərbi təyyarələrinə təlim xidmətləri göstərməsi üçün “Raytheon” şirkəti ilə müqavilə bağlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilənin dəyəri 76.7 milyon dollardır. Razılaşma ölkənin aviasiya imkanlarını artırmaq üçün hava döyüş hazırlığı dəstəyini təkmilləşdirmək və genişləndirmək səylərinin bir hissəsidir.

Beşillik müqaviləyə yerüstü simulyator təlimi dəstəyi və təyyarə ekipajı təlimi xidmətləri, kurs proqramlarının hazırlanması və qüvvə yaradılması vəzifələri daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   ABŞ  


Bizi "telegram"da izləyin