Hindistan ordusu 12 ümumi təyinatlı helikopter alacaq

2022/08/1659600262.jpg
Oxunub: 526     14:58     08 Avqust 2022    
Hindistan ordusu “Hindustan Aeronautics Limited” (HAL) şirkətindən yerli istehsal 12 yüngül ümumi təyinatlı helikopter almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.

Məlumata görə, helikopterlərin istehsalına artıq başlanılıb, ikisi artıq tamamlanma mərhələsindədir.

Altı yüngül helikopter Quru Qoşunlarına təhvil veriləcək, digər altısı isə Hindistan Hərbi Hava Qüvvələrində istifadə olunacaq.

Şirkətin ümumi təyinatlı helikopterləri çoxfunksiyalı displeyləri olan şüşə kokpit kimi ən son texnologiyalara malikdir. O, saatda 230 kilometr sürətlə uça bilir, maksimum uçuş məsafəsi 350 kilometrdir. Platforma, həmçinin 500 kiloqrama qədər faydalı yük daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Helikopter  


Bizi "telegram"da izləyin