Yaponiya Çinin “ağıllı müharibəsi” ilə bağlı xəbərdarlıq edir – HESABAT

2022/08/1659599314.jpg
Oxunub: 475     14:22     10 Avqust 2022    
Yaponiya Çinin artan hərbi fəaliyyətləri və yenilikləri, o cümlədən Pekinin hərbi imkanlarını artırmaq üçün Süni Zəkadan (SZ) daha çox istifadə etdiyi “ağıllı müharibə” ilə bağlı həyəcan təbili çalıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya ordusunun bu yaxınlarda açıqlanan hesabatında qeyd olunub.

Ölkə silah sistemlərinin, müşahidə aktivlərinin və məlumatların işlənməsinin sürətini və imkanlarını sürətlə təkmilləşdirməyə çağırıb.

Tokio bildirib ki, “ağıllı müharibə” Çində geniş silah sistemləri və texnologiya proqramlarına təsir göstərə bilər.

Məsələn, peyk məlumatlarının Pekində daha tez emal oluna və ötürülə biləcəyinə istinad edərək, döyüş gəmilərinin, raketlərin və nüvə silahlarının daha yaxşı hədəf məlumatı əldə etməsinə şərait yaradır.

“Çinin hərbi meylləri Yaponiya və beynəlxalq ictimaiyyət də daxil olmaqla, regionun ciddi narahatçılığına çevrilib və bu tendensiyalar son illərdə intensivləşib”, - deyə məlumatda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin  


Bizi "telegram"da izləyin