Pənahəli xanın varisi Şuşaya gedəcək

2022/07/1658997136.jpg
Oxunub: 4197     12:25     28 İyul 2022    
Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən xəbərə görə, İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov yay düşərgəsində iştirak etmək üçün vətənə gəlib.

“Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Şuşa şəhərində təşkil ediləcək. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa  


Bizi "telegram"da izləyin