Türkiyə səfiri: “Avropa təhdid altında qalıb”

2021/05/01963-1620029275.jpg
Oxunub: 385     15:22     07 İyul 2022    
“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropa təhdid altında qalıb. Bununla da təhlükəsizlik dünyanın birinci məsələsinə çevrildi”.

Ordu.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla da həm qida, həm də qaz məsələsi də təhlükəsizliklə eyni səviyyəyə gəlib çıxıb:

“Qazın qiyməti bəlli olmadığı vaxtda məhsulun da qiymətinin necə olacağı məlum olmayacaq”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Avropa  


Bizi "telegram"da izləyin