Kreml: Putin G20 Sammitində hansı formatda iştirak edəcəyi ilə bağlı qərar verməyib

2021/09/15483-1630570894.jpg
Oxunub: 331     13:55     07 İyul 2022    
Rusiya Prezidenti Vladimir Putin Sammitin tarixi yaxınlaşdıqca G20 Sammitində iştirak üçün ən yaxşı formata qərar verəcək.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bilirsiniz ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün İndoneziyadadır. Çox vacib görüşlər keçirir. Rusiya bir ölkə kimi G20-nin işində iştirakını davam etdirir. Sammitin vaxtı yaxınlaşdıqca, Prezident bu tədbirdə iştirak üçün ən yaxşı formatla bağlı qərar verəcək”, - deyə o, jurnalistlərə bildirib.

Qeyd edək ki, rəsmi Moskva Rusiya Prezidenti Vladimir Putinin İndoneziyada keçiriləcək G20 Sammitində iştirak etmək niyyəti barədə İndoneziyaya əvvəlcədən məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   G20  


Bizi "telegram"da izləyin