Nazir: “Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası sadə proses olmayacaq”

2022/05/16462-1652169038.jpg
Oxunub: 505     11:39     07 İyul 2022    
Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiyaların formalaşdırılması özlüyündə mürəkkəb proses idi. Ermənistanın ilkin şərtləri var idi. Onlar de-eskalasiya ilə bağlı tədbirlər və Azərbaycan hərbçilərinin sərhədlərdən çəkilməsini tələb edirdilər.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ancaq Azərbaycan öz mövqeyini ortaya qoydu. Biz hesab edirik ki, öz sərhədlərimizdə durmuşuq və sərhədlərimizi qorumaq bizim vəzifəmizdir. Bu prosesi mütəxəssislərin iştirakı ilə danışıqlar vasitəsilə tarixi, hüquqi sənədləri araşdırmaqla aparmaq lazımdır.

Delimitasiya vaxt alan prosesdir. Buna hər hansı vaxt başlayıb və onu qısa zamanda tamamlamaq mümkün deyil.

Azərbaycan və Ermənistan arasında münasibətləri nəzərə alsaq, bu sadə proses olmayacaq, həssas məqamlar olacaq. Ancaq hesab edirik ki, komissiyanın özü artıq irəliləyişdir.

Artıq ilk görüş olub. Növbəti görüşlərin keçirilməsi istisna deyil”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin