Ceyhun Bayramov: “Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır”

2022/05/1651912607.jpg
Oxunub: 363     10:26     07 İyul 2022    
“Postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün geniş imkanlar yaradır”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib: “Rəsmi Bakı İrəvana münasibətləri normallaşdırmağı və nəqliyyat kommunikasiyalarını bərpa etməyi, bununla da regionda uzunmüddətli sülhə nail olmağı təklif edib".

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan torpaqları 30 illik işğaldan sonra azad olundu: "Xoşbəxt xalqıq ki, bu cür tarixi əhəmiyyətli hadisənin şahidi olduq”.

C.Bayramov vurğulayıb ki, biz gələcəyə baxmalı, tarixi unutmamalı və azad edilmiş ərazilərdə 30 illik işğal dövründə törədilmiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin