Rusiya və Türkiyə XİN başçıları görüşüb - YENİLƏNİB

2022/07/62c6a-1657187795.jpg
Oxunub: 512     13:39     07 İyul 2022    
Rusiya xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında İndoneziyada danışıqlar keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

O, Lavrov-Çavuşoğlu görüşünün İndoneziyada G20 XİN başçılarının iclası çərçivəsində baş tutduğunu qeyd edib.

*****

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olacaq.

Ordu.az xəbər verir ki, nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.

M.Çavuşoğlu və S.Lavrov regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

S.Lavrov, həmçinin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək. Onlar regional və beynəlxalq məsələlərə dair danışıqlar aparacaqlar.

Qeyd edək ki, G-20 ölkələrinin XİN başçılarının iclası bu gün başlayacaq və 2 gün davam edəcək.

Xatırladaq ki, G-20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı noyabrın 15-16-da keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Çavuşoğlu  


Bizi "telegram"da izləyin