Polşa Britaniyadan hava hücumundan müdafiə sistemi alıb

2022/07/sdf78-1657170405.jpg
Oxunub: 542     12:01     07 İyul 2022    
Polşa Böyük Britaniyadan müasir “Sky Saber” hava hücumundan müdafiə sistemini alıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak “Twitter“ səhifəsində məlumat verib.

“Britaniyanın “Sky Saber” hava hücumundan müdafiə sistemi Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün artıq ölkəmizdədir. Bu, bizim Böyük Britaniya ilə güclü münasibətlərimizin nəticəsidir və NATO-nun Şərq cinahının təhlükəsizliyinə ümumi qayğımızın sübutudur”, - deyə Blaşçak yazıb.

Bir gün əvvəl Polşalı nazir həmçinin Britaniya tank şirkəti “Challenger”-in bu həftə Polşaya gələcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Britaniya  


Bizi "telegram"da izləyin