Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib

2022/03/gf789-1648052128.jpg
Oxunub: 358     02:14     07 İyul 2022    
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 YPG terrorçusunu (PKK terrorçu qruplaşmasının Suriya qanadı - red.) zərərsizləşdirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarının keçirildiyi ərazilərə hücum etməyə cəhd etsələr də, müvəffəqiyyətlə məhv ediliblər.

Qeyd edək ki, PKK silahlılarının 1984-cü ildən bu günə kimi Türkiyədə törətdikləri terror aktları nəticəsində təhlükəsizlik qüvvələrinin xeyli sayda əməkdaşı, mülki vətəndaşları həlak olub. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin