İran ABŞ-dan nüvə razılaşmasına dair təminat istəyib

2021/10/32592-1633349615.jpg
Oxunub: 375     17:17     06 İyul 2022    
Bizim Hərtərəfli Birgə Fəaliyyət Planından əlavə tələbimiz yoxdur.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian qətərli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, “altılıq” ölkələri ilə İranın nüvə proqramına dair yaxşı və güclü razılaşma əldə etmək əzmində olduqlarını vurğulayaraq bildirib ki, Amerikanın iddia etdiyi kimi Hərtərəfli Birgə Fəaliyyət Planından əlavə heç bir tələbləri yoxdur: “Danışıqlarımız Hərtərəfli Birgə Fəaliyyət Planının əsasında aparılır. Danışıqlar zamanı biz Amerika tərəfinə bildirdik ki, İranın iqtisadi maraqlarına mane olan hər şeyi aradan qaldırsın”.

Nazir qeyd edib ki, Amerika İranın 2015-ci il müqaviləsinin bütün üstünlüklərindən istifadə edəcəyinə dair öhdəlik götürməlidir.

“Amerika tərəfinin indiyə qədər bizə təminat verə bilmədiyi budur”, - XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, İranın xarici işlər naziri Tehrana səfər edən Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin