Lukaşenko Nazarbayevlə postsovet məkanındakı vəziyyəti müzakirə edib

2022/07/sdf78-1657115721.jpg
Oxunub: 458     17:50     06 İyul 2022    
Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Ordu.az “belta.by”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmət məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko Nursultan Nazarbayevi ad günü münasibət ilə təbrik edib. Tərəflər postsovet məkanındakı vəziyyətdən də danışıblar.

Qeyd edək ki, Nursultan Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstanın Almatı vilayətinin Kaskelen rayonunun Çemolqan kəndində anadan olub. O, 1989-2019-cu illərdə Qazaxıstanın Prezidenti olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Nazarbayev  


Bizi "telegram"da izləyin