Rusiya XİN: "Putinin "G-20"liyin sammitində iştirakı epidomioloji vəziyyətdən asılı olacaq"

2022/03/1646987754.jpg
Oxunub: 439     17:04     06 İyul 2022    
Rusiya Prezidenti Vladimir Putin "G-20"liyin noyabr ayında keçiriləcək Zirvə toplantısına rəsmi şəkildə dəvət olunub.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, dəvətnamə İndoneziya Prezidenti Coko Vidodo tərəfindən gəlib.

Bildirilib ki, Rusiya Prezidentinin iştirakı ilə bağlı İndoneziya tərəfi məlumatlandırılıb: “Tədbirdə iştirak dünyada hadisələrin inkişafından və Cənub-Şərqi Asiyada sanitar-epidomiloji şəraitdən asılı olacaq”.

Qeyd edək ki, bu ilin noyabrın 15-16-da İndoneziyanın Bali adasında “G-20”liyin Zirvə toplantısı keçiriləcək. Ukrayna Prezidenti Volodimir Zelenski də sammitə dəvət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-XİN   Putin  


Bizi "telegram"da izləyin