Ordu.az “RK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin nümayəndəsi İqor Jovkva deyib.
“Prezidentimiz Volodimir Zelenskinin dəvəti gündəmdə qalır. ABŞ və Ukrayna Prezidentlərinin iş qrafiki üst-üstə düşərsə, belə bir səfər baş tutacaq. Bəli, biz başa düşürük ki, təhlükəsizlik nüansları da var”, - o bildirib.
Jovkvanın sözlərinə görə, Zelenski və Baydenin müzakirə edəcəyi çoxlu mövzular var.
Eyni zamanda o əlavə edib ki, dünya liderləri demək olar ki, hər gün Kiyevə səfər edirlər.
Ordu.az