Zelenski hərbi mükəlləfiyyətli şəxslərlə bağlı verilən qərarı ləğv edib

2022/05/1651851512.jpg
Oxunub: 524     16:49     06 İyul 2022    
Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın hərbi mükəlləfiyyətli şəxslərin Ukraynanın vilayətləri arasında hərəkət qaydaları ilə bağlı qərarını ləğv edib.

Ordu.az Unian.net-ə istinadən xəbər verir ki, o, qərarın ləğvi və yenidən işlənməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnıya göstəriş verib.

Ukrayna Baş Qərargahı hərbi mükəlləfiyyətli şəxslərin öz yaşayış bölgələrini yerli hərbi komissarlıqların icazəsi olmadan tərk edə bilməməsi ilə bağlı qərar vermişdi.

Zelenski yalnız hökumətin öz aktları ilə vətəndaşların hərəkət azadlığını məhdudlaşdıra biləcəyini xatırladaraq qərarın yenidən işlənməsinə göstəriş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin